AZ

İki dəfə məzarı açıldı: Alim kimi yaşadı, səfeh kimi öldü

Danimarkalı alim Tycho Brahe elmi kəşfləri ilə yanaşı ölümü – ölüm səbəbi ilə də məşhurdur. Hərçənd alimin ölüm səbəbi hələ də müzakirə mövzusudur. Onun ölümünün əsl səbəbi hələ də bilinmir. Çünki mülahizələr, ehtimallar bitmək bilmir. Bir tədqiqatçının ehtimalını digəri qəbul etmir və beləliklə, ölüm pərdəsi üzərindəki sirr qalxmır.   
  “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Tycho Brahe 1546-cı ildə Danimarkada dünyaya gəlib. Zəngin əmisi onu böyüdüb, Kopenhagen və Leypsiq universitetlərində təhsil alıb. Vəkil olmaq niyyəti ilə sənət dərsləri alıb, lakin vəkillik əvəzinə astronomiyanı seçib. Onun həyatı da ölümü kimi sirli hadisələrlə dolu olub. 1566-cı ildə 20 yaşlı Brahe “kim daha güclü riyaziyyatçıdır” deyə tələbə yoldaşıyla mübahisə edir, duelə çıxır onunla və silahlı atışmada burnundan güllə yarası alır. Brahe itirdiyi burnunu gümüşdən hazırlanan süni burunla əvəzləyir. Ömrünün sonlarını isə düyüdən düzəldilmiş burunla keçirib. Elm aləminin Voldemortu adlnadırılan Brahe, qəribə yaşam tərzi ilə seçilsə də, astronomiya sahəsində də böyük ixtiralara imza atıb. Tycho Brahe kral sarayında məsləhətçi vəzifəsini daşıyıb. 1577-ci ildə Böyük quyruqlu ulduz təbiət hadisəsini şərh edib. Kral ailəsi üçün ulduz falları hazırlayıb. Rəsədxanada çalışaraq göy cisimlərini müşahidə edib, buna müvafiq elmi araşdırmalar aparıb, statistik məlumatları toplayıb.  Brahenin həssas ölçüləri sayəsində planetlərin hərəkəti yeni bir şəkildə öyrənilib. Brahe 1601-ci ildə 54 yaşında vəfat edib. Ölüm səbəbi isə çox sirli qalıb. Deyilənə görə, alim Roma imperatoru və qonaqların olduğu ziyafətə qatılıb. Ziyafətin gedişində alim ayaqyoluna getmək istəyib, lakin kimsə masadan qalxmadığı üçün o da idrarını saxlamaq məcburiyyətində qalıb. Uzun müddət ayaqyoluna getmədiyi və idrarını zorla tutduğuna görə sidik kisəsinin partladığı və ölümün də bu səbəbdən baş verdiyi bildirilib. Alim həmin ziyafətdən 5 gün sonra ölüb. Ehtimal edilir ki, sidik kisəsi partladığı üçün alimin bədəninə yayılan infeksiya onun ölümünə səbəb olub. Alimin assistenti Johannes Keplerin iddialarına görə, Brahe ölümünü hiss edərək assistentinə “alim kimi yaşadı, səfeh kimi öldü” başlıqlı yazı hazırlayarsan, vəsiyyəti edib. Lakin 1901-ci ildə alimin ölümünün 300-cü ildönümündə məzarı açılıb. Alimin cəsədində civə qalıqları aşkarlanıb. Bu isə alimin zəhərlənməsi iddialarını ortaya çıxarıb. Hətta alimin ölümündə assistenti şübhəli bilinib. Alimin məzarı 2010-cu ildə təkrar açılıb və cəsəd qalıqları analiz edilib. Sümüklər və saqqal tüklərində tapılan civənin miqdarı çox az olduğundan bunun alimi öldürə biləcəyi mülahizəsi rədd edildi və yenidən sidik kisəsinin partlaması versiyası üzərində dayanılıb. Bəzi versiyalar isə alimin sağ ikən tərkibində qızıl olan maddələrdən çox istifadə etməsidir. Onun qızıl molekulları qatılmış şərab içdiyini irəli sürənlər də olub. Bu da alimin ölümünə səbəb ola bilərdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
sherg.az

1Mənbələr