AZ

Azərbaycana idxal edilən hibrid avtomobillər - KƏSKİN BAHALAŞDI

Cari ilin yanvar-aprel aylarında Azərbaycana 161 milyon 770 min dollar dəyərində 5 111 ədəd elektromomobil idxal olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 73 milyon 756 min dollar və ya 84%, miqdar ifadəsi ilə 637 ədəd və ya 14% artıb.

2023-cü ilin 4 ayı ərzində 88 milyon 14 min dollar dəyərində 4 min 474 ədəd elektromobil gətirmişdi.

1 ədəd elektromobilin orta qiyməti 2024-cü ilin 4 ayına görə  31 min 651 dollar (53 min 807 manat), 2023-ci ilin eyni dövründə isə 19 min 672 dollar (33 min 443 manat) olub. Beləliklə don bir ildə elektromobillər 11 min 979 dollar (20 min 364 manat) və ya 61% bahalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
fed.az

1Mənbələr