AZ

Azərbaycan hər zaman digər xalqların öz müqəddəratını təyin etmə prinsipinə hörmət edib- ÖZƏL

"Fransanın neokolonist və imperialist siyasəti davam etməkdədir, biz bunun ən yaxşı nümunəsini Kaledoniyanın timsalında görə bilirik".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib:
"Bu gün Yeni Kaledoniya öz müqəddəratını təyin etmək istəyir. Hətta xalq bundan öncəki illərdə bir neçə dəfə referendum edib, Fransanı ayırmağa çalışsa da, rəsmi Parisin adanın daxili işlərinə müdaxilə etməsi, seçkiləri manipulyasiya etməsi və seçki saxtakarlığına yol verməsi nəticəsində Yeni Kaledoniya xalqı öz müqəddəratını təyin edə bilməyib və Fransa bu gün xalqın azadlıq arzusunu ordu ilə basdırmağa çalışır. Bir neçə gündür adada gedən ixtişaşlara faktiki olaraq rəsmi Paris müdaxilə edir və müəyyən yerlərdə hətta sərt tədbirlər görüb. Həbs edənilənlər var və bu həbs edilən şəxslərin həbsxanalardakı vəziyyəti də olduqca aınacaqlıdır, qeyri-insani rəftarlara məruz qalırlar.
Fransa özü başqa dövlətlərin daxili işlərinə müdaxilə edib, separatizmi dəstəklədiyi halda öz ərazi bütövlüyü gördüyü, halbuki bir zamanlar işğal edib və keçmiş imperializmin qalığı olan bu ərazilərdə xalqların öz müqəddəratını təyin etmə prinsipini kobud şəkildə pozur. Bu, bir daha bu ölkənin işğalçı, imperialist siyasətinin göstəricisidir. Tarixi soyqırımlar və işğalçılarla zəngin olan Parisin bugünkü davranışı da normaldır. Yəni  XXI  əsr olmasına baxmayaraq Fransanın metodları XIX-XX əsrdən qalmadır, sərt və irqçi yanaşmalar sərgiləyirlər.
Ada sakinləri faktiki olaraq Fransadan ayrılıb özləri müstəqil dövlət qurmaq istəyirlər. Amma Fransanın bu məsələdə yanaşması tamamilə işğalçı dövlət yanaşması ilə birlikdədir. Bu baxımdan da, Bakı Təşəbbüs Qrupunun Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakıqlara dair bəyanat yayması yerində və doğrudur, rəsmi Bakı heç bir halda separatizmi dəstəkləmir və dəstəkləməyəcəkdir. Burada ən önəmli məsələ baş verən hadisənin, yəni kanakların ayağa qalxmasının separatizmmi, yoxsa xalqların öz müqəddəratını təyin etməsi olduğunu müəyyən etməkdir. Bu o vaxt separatizm olardı ki, kanaklar Fransada ikili statusda olmasınlar, təhsil və digər haqlarından məhrum olmasınlar, onların tələblərini yerinə yetirsinlər. Kanaklar uzun müddətdir ki, öz torpaqlarında müstəmləkəçilik siyasətinin qurbanıdırlar. Bu insanlar ana dilində belə danışmaqdan məhrumdurlar, fransız dilinin təbliği gedir, fransız mədəniyyətinin təbliği gedir və açıq assimliyasiya siyasətinə məruz qalırlar. Məhz belə olan təqdirdə bir etnosun əsas etnosa qarşı ayağa qalxması heç bir halda separatizm ola bilməz. Separatizm rahat bir cəmiyyətdə ayağa qalxan etnosların hərəkatına deyilir. Burada açıqca bir assimlyasiya siyasəti var və kanakların assimlyasiya siyasətinə qarşı başlatdığı öz müqəddəratını təyin etmə hərəkatı faktiki olaraq beynəlxalq hüquqa da uyğundur.
Bu baxımdan Azərbaycan tərəfinin, daha doğrusu, Bakı Təşəbbüs Qrupunun bu məsələyə dair bəyanatı tamamilə yerində və doğru bəyanatdır. Fransa düşünürsə ki, o, BMT Təhlükəsiz Şurasının daimi üzvüdür və yaxud da digər təşkilatlarda təmsil olunur və beləliklə də istədiyinə nail ola bilər, bu, ciddi bir yanlışdır. Azərbaycan hər zaman digər dövlətlərin, xüsusilə da, xalqların öz müqəddəratını təyin etmə prinsipinə hörmət edib və bunu dəstəkləyib. Biz Fransadan fərqli olaraq separatizmi yox, müstəqil olmaq istəyən bir xalqın hüququnu dəstəkləyirik. Hansı ki, bu xalq Fransanın zülmünə və  ədalətsizliyinə məruz qalıb.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə də, bundan əlavə, Bakıda keçirilən beynəlxalq tədbirlərdə də Fransanın müstəmləkələri olan nümayəndələrə şərait yaradıb, onlara platforma tanıyıb və platformada həqiqəti dünyaya çatdırmağa imkan yaradıb. Halbuki, BMT Təhlükəsiz Şurasında Fransanın beş daimi üzvdən biri olmasına görə, bu xalqlar heç vaxt öz səslərini, öz problemlərini çatdıra bilməyiblər və illərlə basqı altında, zülmə məruz qalıblar. Buna görə bu gün Azərbaycanın sərgilədiyi mövqe  əslində uzun müddətdir dünyada pozulan sistemin, nizamın bərpası, habelə xalqların öz səsini duyurmasına hesablanıb. 20 ildən artıq işğala məruz qalan, separatizmə məruz qalan bir ölkə kimi, rəsmi Bakının yanaşması başa düşülən olmalıdır və beynəlxalq hüquqa tamamilə uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
olaylar.az

1Mənbələr