AZ

Tbilisidə iki etirazçıya qarşı ittiham: Altı il müddətinə həbs edilə bilərlər - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyasının iki iştirakçısına qarşı ittiham irəli sürüb.

Parlament binası yaxınlığındakı hasara zərər vurduqları üçün saxlanılan etirazçılar həbs edilə bilərlər.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

“İstintaq müəyyən edib ki, mayın 14-də “Xarici agentlər haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra biri əvvəllər məhkum olunmuş təqsirləndirilən şəxslər parlamentin girişindəki mühafizə hasarını qəsdən zədələyiblər. Saxlanılanları altı ilə qədər həbs gözləyir.

İstintaqın gedişi zamanı digər şəxslər də saxlanıla bilər və onların şəxsiyyəti müəyyənləşdirilir”, - deyə nazirlikdən bildirilib.

Mənbə: “Sputnik” Gürcüstan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
oxu.az

2Mənbələr