AZ

Prospektdə “oyun çıxaran” “KIA”sürücüsü qəza riski yaratdı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində avtoxuliqanlıq edən sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl saat 17:48 radələrində qeydə alınıb. Belə ki, 10-UV-248 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Belə ki, sürət həddini aşan sürücü hərəkətdə olduğu zolaqdan birbaşa ən sağ zolağa keçir. Bu zaman həmin zolaqdakı “Toyota” markalı maşına qəza riski yaradır. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq baş verə biləcək təhlükəni dəf edir. 
Qeyd edək ki, hadisə şahidinin iddiasına əsasən, kobud qayda pozan sürücü yol boyu digər hərəkət iştirakçılarına təhlükə yaradıb. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
avtosfer.az

1Mənbələr