AZ

İnkişaf və Diplomatiya İnstitutu və tərəfdaşlarının təşkilatçılığı ilə İqlim və Su Sammiti keçirilib

Bakı. Trend:

Mayın 16-sında İnkişaf və Diplomatiya İnstitutu, BMT-ninAzərbaycan Nümayəndəliyi, Davamlı Gələcək Komissiyası, BoğaziçiUniversiteti və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində İqlim və SuSammiti keçirib. Tədbirdə hökumət və akademik qurumların,beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri bir arayagəliblər, dünyanının üzləşdiyi qlobal iqlim və su məsələlərini vəhəll yollarını müzakirə ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO və BMT-ninAzərbaycandakı rezident əlaqələndiricisinin ofisinin eskpertləri suresursları ilə bağlı hazırki vəziyyətdən və yaxın gələcək üçünnəzərdə tutulan proqnozlardan söhbət açıblar.

"Davamlı Gələcək Komissiyasının azərbaycan sədri və "Aqualink"inbaş direktoru Orxan Mikayıl və Türkiyə sədri "Agro Tv" TürkiyəAzərbaycan CEO-su Doğan Başaranın iştirakı ilə keçirilən tədbirdəbildirilib ki,COP29-un ilk dəfə türk dünyası ölkələrindən birindəkeçirilməsi əlamətdar hadisədir.

Tədbir iştirakçılarını salamlayan İnkişaf və Diplomatiyaİnstitutunun direktoru və ADA Universitetinin prorektoru Farizİsmayılzadə iqlim və su problemlərinin həllində tədqiqatınvacibliyini, bunun iqlim risklərinin qiymətləndirilməsindəkiönəmini vurğulayıb. Dr. İsmayılzadə əlavə edib ki, əvvəlki COPsammitləri ilə müqayisədə bu ilkinə alimlərin fəal şəkildə cəlbedilməsi və onlar üçün xüsusi platformaların təşkil edilməsinəzərdə tutulur.

Yaşıl transformasiyanın iqtisadiyyata təsirindən bəhs edənçıxışçılar iqlim dəyişikliyi ilə bağlı ölkədaxili qurumlar arasındaəməkdaşlığın, transmilli tərəfdaşlığın və su diplomatiyasınınönəmini vurğulayıblar.

FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisininofisinin nümayəndələri çıxışlarında qlobal rəqabət mühtinin iqlimdəyişikliyinə təsir etdiyini və 2040-cı ilədək qlobal qazemissiyasının 43%dək azaldılmasının nəzərdə tutulduğunu diqqətəçatdırıblar.

Kənd təsərrüfatı sahəsində su resurslarının intensiv şəkildəistifadə edildiyini bildirən eskpertlər iqlim dəyişikliyi ilə bağlıölkəmizin su resurslarında 15% azalmanın müşahidə edildiyini qeydediblər.

Tədbir mövzu ətrafında panel müzakirələrlə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
5
az.trend.az

6Mənbələr