AZ

"COP29 sülh üçün vacib platformadır" - BMT nümayəndəsi

"BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının Bakıda keçiriləcək 29 - cu sessiyası müxtəlif sektorların iqlim dəyişikliyi öhdəlikləri barədə məlumatlandırılması üçün çox vacibdir".

Ednews xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident koordinatoru Vladanka Andreeva Bakıda keçirilən GSMA Mobile 360 Eurasia 2024 Beynəlxalq Konfransında bildirib:

"Bu sessiya həm də qlobal sülh üçün mühüm platformadır. Buraya iqlim Konfransına qatılan 195 ölkə üçün maliyyə hədəflərinin uyğunlaşdırılması və tullantıların azaldılmasında uğurları əks etdirən hesabatların qəbulu daxildir. Ümumiyyətlə, karbon dioksid emissiyalarını azaltmaq öhdəliyindən çox geri qalırıq. Bu məsələ müzakirə olunmalı və həll edilməlidir".

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
ednews.net

1Mənbələr