AZ

Udduqları bəs deyil, şikayət də edirlər

Dortmund "Borussiya"sı UEFA Çempionlar Liqasının yarımfinalının Parisdə keçirilən cavab oyununda (1:0) azarkeşləri üçün bilet çatışmazlığı səbəbindən PSJ-dən Avropa Futbol Tərəfdarları Assosiasiyasına (FSE) şikayət edib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, dortmundlular Çempionlar Liqasının pley-off matçı üçün parislilərdən cəmi 480 bilet almasından narazıdırlar. Almaniyalı azarkeşlər eyni zamanada pankartları "Park des Prins" stadionuna gətirmək qadağası ilə üzləşiblər.

Qeyd olunur ki, Fransa nəhənginin diktorunun qonaq sektorda xüsusi səs dinamikləri vasitəsilə səsləndirilən açıqlamaları "Borussiya"nı da incik salıb. "Borussiya"nın fikrincə, belə davranış qəbuledilməzdir.

Avropa Azarkeşlər Assosiasiyası artıq bu şikayəti qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
publika.az

2Mənbələr