AZ

Bu ölkə uşaqlara qəhvə satmağı qadağan etmək istəyir

Rusiyada Dövlət Duması uşaqlara təkcə enerji içkilərinin deyil, həm də qəhvənin satışını qadağan etmək ideyası ilə çıxış edib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, deputat Sultan Həmzəyev bunu “düzgün və ədalətli” hesab edir.

“250-200 il əvvəl qəhvəni yalnız taxıl bitən xalqlar istehlak edirdi. Ola bilsin ki, 120 il bundan əvvəl o, nədənsə Avropada geniş istifadəyə verilib, sonra isə müəyyən təkan almağa başlayıb. Əvvəlcə qəhvə yalnız yetkin kişilərə satılırdı”, – o , öz nöqteyi-nəzəri barədə bildirib.

Onun sözlərinə görə, qəhvə orqanizmin aqressiv qocalması prosesinə səbəb olan süni enerji içkisidir.

Tarixi keçmişə gəlincə, rus tədqiqatçıları qəhvənin Rusiyada 18-ci əsrdən aristokratlar arasında, 19-cu əsrdən isə daha geniş əhali arasında yayılmasını qeyd edirlər.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
medianews.az

1Mənbələr