AZ

Ançelotti Arda ilə bağlı peşmanlığını dilə gətirdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülerlə bağlı etiraflar edib.Metbuat.az xəbər verir ki, o, Ardaya daha çox oyun şansıverilməli olduğunu ifadə edib. Ançelotti "Mənim oyunçularım var ki, onlara daha çox dəqiqə versəydim, daha yaxşı çıxış edə bilərdilər. Məsələn, Seballos və Arda Güler daha çox oynaya bilərdi” deyə bildirib. Qeyd edək ki, Ançelotti La Liqada çempionluğu təmin edəndən sonra gənc oyunçulara daha çox şans verməyə başlayıb. Arda zədəsini sağaldandan sonra bir neçə oyun ehtiyatda qalmışdı.

Ançelotti həmçinin növbəti oyunlardan da danışıb: “Qalan matçlardan yararlanmalıyıq ki, yaxşı formada qalaq. Məqsədimiz finala bütün heyətlə ən yaxşı formada gəlməkdir. Kurtua və Militao kimi yeni qayıdan futbolçulara daha çox dəqiqə lazımdır. Finala qədər lazımi qərarları verəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
metbuat.az

1Mənbələr