AZ

Daha yüngül, daha qüvvətli: HUAWEI MateBook D16 2024-ün üstünlükləri - FOTO

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dünya, həm ofis işçilərinə, həm də məsafədən işləyən mütəxəssislərə yeni tələblər qoymağa başlayıb. Bu kontekstdə hər noutbuk sahibi, cihazının performans və kompaktlıq arasında tarazlığını tapmaq zərurəti ilə üzləşir. HUAWEI MateBook D16 noutbuku yüngüllüyü və gücü özündə birləşdirərək, bütün müasir tələblərə tam cavab verir. Onun geniş və çərçivəsiz ekranı, istifadəçilərin gündəlik ehtiyacları üçün müxtəlif vəzifələri yerinə yetirməyi asanlaşdırır və beləliklə onu ideal bir alətə çevirir.

İstənilər şəraitdə rahat iş

HUAWEI MateBook D16-ın dizaynı universaldır və noutbuk hər hansı mühitdə və interyerdə harmonik görünəcək. Cihazın korpusu yüngül və möhkəm birləşmədən hazırlanmışdır, buna görə də onun daşınması heç vaxt sahibi üçün ağır bir yükə çevrilməyəcək.

1,68 kq - HUAWEI MateBook D16-ın çəkisi

56 və ya 70 Vt*s - akkumulyator gücü

210 q - şarj cihazının kütləsi

17 mm - noutbukun qalınlığı (əvvəlki ilin modelindən təxminən 1,5 mm daha az)

Noutbukun konstruksiyası ekranın 180 dərəcə açılmasına imkan verir. "Açıq kitab" formatı cihazı masanın mərkəzinə yerləşdirərək ekrandakı məlumatları həmkarlarla bölüşmək üçün idealdır. Hətta uyğun şərait olmadığı yerlərdə belə kiçik bir təqdimat keçirtmək mümkündür.

Rəng əhatəsi və gözlərin qorunması

Çərçivəsiz HUAWEI FullView ekranı 16:10 nisbətinə malikdir ki, bu da onun üzərində optimal dərəcədə məlumatları yerləşdirməyə şərait yaradır. Noutbuk ekranının faydalılıq sahəsi 90% təşkil edir, həmçinin onun rəng örtüyü 100% sRGB-dir. Bundan başqa cihaz gözlərin qorunması funksiyaları ilə təchiz olunmuşdur ki, bu funksiyaların effektivliyi TÜV Rheinland tərəfindən verilən mavi işıqdan qorunma sertifikatı ilə təsdiqlənmişdir.

Prosessorun konfiqurasiyası və yaddaş

Yeni Intel® Core™ i9 13-cü nəsil prosessor hesablama texnologiyaları üzrə mühəndis fikrinin zirvəsidir. Bu model: prosessoru 14 nüvə və 20 məlumat keçiriciliyinə malik olmaqla, özünün ən yüksək konfiqurasiyasında təqdim olunur. Multimedia layihələrindən elmi hesablamalara qədər, məsələn, məlumatların analizi, texniki cizgi və kod kompilyasiyası kimi əməliyyatları yerinə yetirməyə kömək edir.

MateBook D16 noutbuku Intel® Iris® Xe inteqrasiya olunmuş qrafik prosessoru və LPDDR4x RAM iki kanallı operativ yaddaş istifadə edir. Bu isə öz növbəsində istifadəçinin ən çətin tələblərini belə qarşılaya bilir.

HUAWEI MateBook D seriyasının bütün noutbuk modelləri sürətli NVMe PCIe SSD yaddaş qurğusu ilə təchiz olunmuşdur. Bu tip yaddaş qurğusu istənilən proqlamların yüklənmə sürətini əhəmiyyətli dərəcədə artırır və daha effektiv və tez işləməyi təmin edir.

İnterfeys, portlar və anten

Zəng və ya bağlantı zamanı qulaqlıq istifadə edildikdə, səs yaxşılaşdırma texnologiyası əhatədəki səs-küyü kənarlaşdırır və danışanın səsini gücləndirir. Əgər noutbuku operativ şəkildə doldurmaq lazımdırsa, enerji ehtiyatını bərpa etməyə kömək edəcək ağıllı adapter, qoşulan cihazı müəyyənləşdirir və sürətli doldurma üçün optimal gücü adapterə verir.

MateBook D 16 müxtəlif portlar və konnektorlarla təchiz edilmişdir, daxilində USB-C, USB-A, HDMI və audio çıxış portları var, bu da periferiya cihazlarla maksimum uyğunluğu və xarici cihazları qoşma rahatlığını təmin edir.

Cihaz həmçinin Metalane antenası ilə təchiz edilib. Bu anten faylların yüklənmə sürətini 51% artırmağa və mənbədən 270 metr məsafədə qurğuların qoşulmasını dəstəkləyir.

Xülasə

Başqa sözlə desək, HUAWEI MateBook D16 — incə, yüngül, güclü və böyük ekranlı noutbukdur və sahibi üçün hər hansı çətin tapşırıqları yerinə yetirə bilir. Bu, müxtəlif istifadəçilər üçün - tələbələrdən və ofis işçilərindən tutmuş, rəhbərlərə qədər əla həll yoludur.

Etibarlı konstruksiyası sayəsində HUAWEI MateBook D16 noutbuku ən müxtəlif vəziyyətlərdə istifadə edilə bilər: səyahətlərdə və uçuşlarda, təqdimatlar və konfranslar zamanı və s. Onun premium dizaynı iş görüşlərində yalnız original görünməklə kifayətlənmir, həmçinin noutbuk sahibinin statusunu biznes tərəfdaşları ilə təcrübə mübadiləsi zamanı möhkəmləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
baku.ws

1Mənbələr