AZ

Yeni Klinikada müalicə alan şəhid atası ağır vəziyyətdən qurtularaq evə yazılıb 

Yeni Klinikanın Qastroenterologiya şöbəsində müalicə alan şəhid atası ağır vəziyyətdən qurtularaq evə yazılıb.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qanaxma, melena şikayətilə müraciət edən xəstənin dərhal müayinələri həyata keçirilib.
 
Həkim-qastroenteroloq Samirə Həsənova və Elvin Əliyev tərəfindən endoskopiyaya alınan xəstənin 12 barmaq bağırsağında qanayan xora aşkar olunub. Həkim-qastroenteroloqlar tərəfindən hemoklips qoyularaq qanaxma nəzarət altına alınıb.
 
Dörd gün stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.
 
Məlumat üçün bildirək ki, xəstə Yunus Şadmanov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Əkrəm Şadmanovun atasıdır.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
aztibb.az

2Mənbələr