AZ

Bu il yol qəzalarında neçə nəfər həyatını itirib? – RƏSMİ STATİSTİKA

2024-cü ilin yanvar-mart aylarında 325 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Belə ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 faiz azalaraq 446 nəfər olub.
Onlardan 159-u həlak olub, 287-si isə yaralanıb.

Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 11,4 faiz azalaraq 117 nəfər, yaralananların sayı isə 15,2 faiz azalaraq 268 nəfər olub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
bizim.media

1Mənbələr