AZ

Azərbaycan qaz ixracından gəliri 50%-dək azaldı

Azərbaycan bu ilin yanvar-aprel aylarında 7,7 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% çox, dəyəri isə 49% azdır.

Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 33,7 % olub.

 

 Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
iqtisadiyyat.az

1Mənbələr