AZ

Mauro İkardi "Qalatasaray"dan ayrılacaq? - Açıqladı

"Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi mövsüm sonunda ayrılıq dedi-qodularına münasibət bildirib.

"Operativ Media" "Fanatik"ə istinadən xəbər verir ki, təcrübəli hücumçu "Qalatasaray"yda xoşbəxt olduğunu bildirib.

"Qalatasarayda çox xoşbəxtəm. Hazırda bütün diqqətimi yalnız çempionluğa yönəltmişəm. Bundan sonra nə olacağını düşünmürəm. Burada oynamaqdan və bu klub üçün mübarizə aparmaqdan həzz alıram".

Qeyd edək ki, Mauro İkardi bu mövsüm Türkiyə Super Liqasında 32 oyuna çıxıb, 23 qol vurub və 9 assist edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
operativmedia.az

1Mənbələr