AZ

Paytaxt klubunun Lunyovla maraqlandığı iddia edilir

style='margin-bottom:10px;'>

Moskva "Dinamo"su "Qarabağ"ın 32 yaşlı qapıçısı Andrey Lunyovun xidmətində maraqlıdır. 

QOL.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, bu barədə jurnalist İvan Karpov özünün Telegram kanalında yazıb. Bildirilir ki, bu yay paytaxt təmsilçisinin qapı mövqeyinə gətirmək istədiyi əsas futbolçu məhz Lunyovdur. 

Qeyd edək ki, daha əvvəl Rusiya mediasında Andrey Lunyovun "Krılya Sovetov"a keçə biləcəyinə dair də xəbər yayılıb. 

Əlavə edək ki, 32 yaşlı qapıçının "Qarabağ"la 1+1 illik müqaviləsi var. Ağdam klubundan daha əvvəl bildirilib ki, "Qarabağ" istəməyəcəyi təqdirdə Lunyov bu mövsümün sonu heç bir kluba keçə bilməz.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
teleqraf.com

1Mənbələr