AZ

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Mayın 15-də Bakının Xətai Rayon Məhkəməsi jurnalist Nərgiz Absalamovanın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. O, 2023-cü il dekabrın 1-də "Abzas Medianın işi" üzrə həbs olunub.

Vəkil Rövşanə Rəhimovanın Turan-a verdiyi məlumata görə, jurnalist məhkəmədə ittihamı qəbul etməyib və onun həbsdə saxlanılması üçün əsas olmadığını qeyd edib.

Absalamova deyib ki, "Abzas Media"da təcrübə proqramı keçirdi, magistraturaya daxil olmaq üçün bu proqramı keçməli idi.

Jurnalistin sözlərinə görə, atası şəkərli diabet xəstəsidir və onun həbsi atasının sağlamlığına mənfi təsir göstərib.

Digər tərəfdən, Absalamovanın həbsindən sonra onun barəsində cəmi bir dəfə istintaq hərəkəti aparılıb, buna görə də onun həbsdə saxlanılması əsassızdır.

Bununla belə, məhkəmə vəsatəti təmin etməyib. Bu qərardan apellyasiya şikayəti veriləcək.

Vəkil qeyd edib ki, Absalamova barəsində Avropa İnsan Haqları Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 18-ci maddələri (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozulub.

* Xatırladaq ki, 20 noyabr 2023-cü il tarixindən etibarən "Abzas Media"nın altı jurnalisti və mətbuat işçisi uydurma ittihamla (qaçaqmalçılıq) həbs olunub.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
4
turan.az

5Mənbələr