AZ

4 ayda Azərbaycanda nə qədər qızıl və gümüş istehsal edilib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən 4 ayda mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 599,5 kiloqramı qızılın, 1 125,9 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,2%, gümüş istehsalı isə 19,2% azalıb. 

Mayın 1-nə olan vəziyyətə əsasən, ölkədə 192,7 kiloqram hazır qızıl, 493,7 kiloqram hazır gümüş ehtiyatı var.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
banco.az

1Mənbələr