AZ

Azərbaycanda sərnişin daşımaları 8%-ə yaxın artıb

Azərbaycanda nəqliyyat sahəsində bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6% və 7,8% artıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 73,8 milyon ton yük daşınıb. Yüklərin 3,5%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57%-i avtomobil nəqliyyatı, 31,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyd edək ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2% artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,3% təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 623,9 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
5
apa.az

6Mənbələr