AZ

"Fənərbaxça", "Qalatasaray" matçının taktikasını çalışdı

Türkiyə Super Liqasının 37-ci həftəsində "Fənərbaxça" səfərdə "Qalatasaray"ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, mayın 19-u bazar günü "RAMS Park"da oynanılacaq qarşılaşma saat 19.00-da başlayacaq.

"Sarı-lacıvert"lilər derbi hazırlığını Samandıra Can Bartu Təsislərində davam etdirib.

Məşqçi İsmayıl Kartalın rəhbərliyi altında keçirilən məşq qaçış, isinmə və cəldlik hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular 2 qrupa bölünərək ötürmə məşqi ediblər. Məşq taktiki və fərdi işlərlə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
offsideplus.az

1Mənbələr