AZ

"Carlsberg Azerbaijan" məhkəməyə verilib

"Carlsberg Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Valyuta.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) protokol tərtib olunub.

Xatırladaq ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

İş Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın icraatındadır.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
valyuta.az

3Mənbələr