AZ

Tuxeldən "Bavariya"ya ULTİMATUM

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel gələn mövsüm də klubda qala bilər. 

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında məlumat verib. 

Bildirilib ki, tərəflər danışıqlar aparıb və bu danışıqlar zamanı alman nəhənginin rəhbərliyi mütəxəssisi saxlamaq istəklərini açıqlayıb. Tuxel də öz növbəsində yeni müqavilə tələbini irəli sürüb. Mentor yalnız "Bavariya" ilə yeni müqavilənin ən azı 2026-cı ilin ortalarına qədər davam edəcəyi təqdirdə qalmağa hazırdır. 

Qeyd edək ki, Münhen nəhəngi uzun müddətdən sonra ilk dəfə bu mövsümü kuboksuz başa vurub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
90deqiqe.az

1Mənbələr