AZ

Azərbaycana avtomobil idxalı azalıb

2024-cü ilin yanvar-aprel dövründə (ilk 4 ayda) Azərbaycana 502 milyon 621 min dollar dəyərində 27 min 838 ədəd avtomobil idxal olunub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2023-cü ilin yanvar-aprel dövründə Azərbaycana 433 milyon 147 min dollar dəyərində 29 min 855 ədəd avtomobil idxal olunmuşdu.

Beləliklə, Azərbaycana avtomobil idxalı dəyər ifadəsilə 69 milyon 474 min dollar artıb, miqdar ifadəsilə 2 min 17 ədəd azalıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
marja.az

1Mənbələr