AZ

"Yuxu nəzəriyyəsi" alt-üst oldu: "Tullantılardan təmizləmir!"

Yatarkən beynin toksinləri təmizlədiyi nəzəriyyəsi doğru olmaya bilər. Neyrologiya dünyasında geniş şəkildə qəbul edilən bu nəzəriyyə Alzheimer xəstəliyi üçün də əhəmiyyətlidir. 

 

Sfera.az bildirir ki, əksər nevroloqlar yaddaş və öyrənmə ilə yanaşı, psixi sağlamlıq üçün də faydalı olan yuxunun beyindən tullantıları təmizlənməsinə töhfə verdiyini bildirirlər.Lakin bu hələ də qəti şəkildə sübut olunmayıb.

 

Alzheimer xəstəliyində yuxu ilə beyində yığılan zülalların təmizlənməsi arasında da əlaqə olduğu düşünülür. Ancaq qeyri-kafi və ya keyfiyyətsiz yuxunun bu xəstəliyə səbəb olan faktor və ya onun əlaməti olduğu bilinmir. 

 

Qeyd edək ki, bir neçə gün öncə "Nature Neuroscience" jurnalında dərc edilən araşdırma yuxunun beynin təmizlik işlərini yerinə yetirməsinə imkan verdiyi nəzəriyyəsinə qarşı çıxır. 

 

Belə ki, alimlər siçanların beyninə flüoresan boya yeridiblər və boyanın maye ilə dolu boşluqlardan beynin digər hissələrinə nə qədər tez keçdiyini müşahidə ediblər. Tədqiqatçılar heyvanları oyaq, yuxuda və anesteziya altında yoxlayıblar və boyanın beyindən təmizlənmə sürətini ölçüblər. Yuxuda olan siçanların beyni flüoresan boyanı oyaq heyvanlara nisbətən 30 faiz, anesteziya altında olanlar isə 50 faiz daha yavaş təmizləyib. 

 

Digər tərəfdən, bu araşdırmada istifadə edilən boyalar Alzheimer kimi neyrodegenerativ xəstəliklərdə yığılan zülal yığınlarından daha yüngül olub. Daha çox araşdırma tələb olunur, çünki mayenin içindəki molekulların ölçüsü onların hərəkət sürətini və kanalını müəyyən edə bilər. 

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
sfera.az

1Mənbələr