AZ

Putin: "Çinlə ticarət dövriyyəmiz 240 milyard dollarla rekord qırdı"

"Rusiya ilə Çin arasında ötən il ticarət həcm 240 milyard dollarla rekord qırıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pekində Çin prezidenti Si Cinpin ilə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Çinlə enerjidən bank sektoruna qədər bir çox sahədə layihələr hazırlanıb.

Qeyd edək ki, Putin yenidən Rusiya prezidenti seçildikdən sonra ilk səfərini Çinə edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
iqtisadiyyat.az

1Mənbələr