AZ

İrəvandan SON DƏQİQƏ sərhəd açıqlamaları

“Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, tətbiq olunan alqoritmlə davam etdirməyə meyllidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan hökumətinin bu gün keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll etmək lazımdır.

“Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə baş nazir əlavə edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
musavat.com

1Mənbələr