AZ

Qarabağda döyüşmüş Çaxalyan da saxlanıldı -VİDEO

Ermənistadan vəziyyət gərgin olaraq qalır. News365.az xəbər verir ki, Tavuşun inqilabçı keşişi Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş” hərəkatı İrəvanda hökumət binası qarşısında iğtişaşlar törədir. Yerli media artıq polis və qırmızı beretlilərin həbslərə başladığını yazıb. 

Bu gün həmçinin “Kamk” ictimai təşəbbüsünün təsisçisi Vaaqn Çaxalyan da tərəfdarları ilə birgə hökumət binası qarşısında aksiya keçirib. O, baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirib. Bu zaman Çaxalyanın bir nəfərlə mübahisəsi yaranıb. Bundan istifadə edən qırmızı beretlilər siyasi fəalı saxlayıblar.

Xatırladaq ki, Çaxalyan erməni separatçı hərəkatının rəhbərlərindəndir, 2020-ci ildə Qarabağda döyüşüb. 

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
news365.az

1Mənbələr