AZ

Franda olimpiadadan nə qədər qazanaq?

 2024-cü il Olimpiadasının Parisə gətirəcəyi gəlir açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Olimpiya Komitəsinin saytında yer alıb.

Məlumata görə, Olimpiada Parisə 6,7-11 milyard avro arasında iqtisadi gəlir gətirəcək.

Belə ki, oyunlar zamanı yarış üçün Parisə 2,3-3,1 milyon turistin gələcəyi gözlənilir ki, onların da təxminən 64 faizi fransızlardır.

Paris Turizm İdarəsinin məlumatına görə, oyunlar zamanı paytaxta gələcək turistlər ümumilikdə təxminən 2,6 milyard avro xərcləyəcəklər.

2024-cü il Olimpiadası üçün hökumət maliyyəsi üç milyard avro təşkil edir və əsasən yerli icmaların uzunmüddətli ehtiyaclarını ödəməyə yönəlmiş layihələri əhatə edir.

Hesablamalara görə, dövlət xərclərinin hər avrosu üçün üç avro iqtisadi mənfəət düşür.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
bakivaxti.az

1Mənbələr