AZ

“Minsk Qrupu ölüb” - Metyu Brayza "ölüm səbəbi"ni də açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident görüş zamanı artıq Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığını qeyd edib. Buna görə o, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı olduğunu bildirib. Bəs bu qrup niyə hələ də fəaliyyət göstərir?

Məsələ ilə bağlı Amerikalı diplomat, bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuş və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Publika.az-a açıqlama verib.

O qeyd edib ki, son iki il ərzində Avropa Şurasının sədri Çarlz Mişel Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasında əsas vasitəçi olub:

“Minsk qrupu ölüb. Prezident Əliyev Minsk qrupu ilə deyil, daha çox ATƏT-in qüvvədə olan sədri ilə görüşüb. Həmin görüşdə Əliyev Minsk Qrupunun keçmiş fəaliyyəti ilə bağlı müzakirələr edib. Minsk Qrupunun həmsədri olmuş Fransanın o vaxtkı xarici işlər naziri İv Le Drayn İkinci Qarabağ müharibəsinin hərbi fazasına son qoyan Üçtərəfli Bəyannamənin imzalandığı günü Azərbaycanı müharibədə günahlandırdı. Beləliklə, Minsk Qrupu artıq fəaliyyətini tam dayandırdı. Üstəlik, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ-ın Rusiya ilə əvvəllər olduğu kimi Minsk Qrupu çərçivəsində işləməsi qeyri-mümkün oldu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
publika.az

1Mənbələr