AZ

“Kilsə geri çəkilməyə çalışır”

“Kilsə

“Ermənistandakı aksiyada nəticə əldəedə bilməyən erməni kilsəsi prosesdən və nüfuzunun itməsindən ciddi narahat olduğundan geri çəkilməyə çalışır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Ekspert əlavə edib ki, ona görə də keşiş Baqrat Srbazanın liderlik etdiyi hərəkatı siyasi müxalifətə təhvil vermək istəyir: “Erməni mediasının yazdığına görə, bu məqsədlə də Erməni Apostol Kilsəsi rəhbəri II Qareginin son günlərdə keşiş Srbazanla görüşüb hərəkatın rəhbərliyini siyasi qüvvələrə təhvil verməsini müzakirə edir.
Erməni kilsəsində belə bir fikir də var ki, hərəkatın uğursuzluğu bütün ermənilərin katolikos taxtını sarsıdacaq və erməni kilsəsinin nüfuzuna xələl gətirəcək. Ona görə də onlar kilsənin rolu ilə bağlı indiyədək oynadığı rolu qeyd edən və bundan sonra prosesləri siyasi qüvvələrə verilməsi barədə bəyanatla çıxış etməyi təklif edirlər. Bu da erməni kilsəsində ikitirəlik yaradıb. Bir qisim geri çəkilməyi təklif etsə də, digəri isə prosesi sonadək aparmağı təklif edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
xalqcebhesi.az

1Mənbələr