AZ

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən xəbərə görə, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2024-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1097,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,2 faizi yaşa, 23,5 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,2 faiz artaraq 490,7 manat təşkil edib və orta aylıq əmək haqqının 49,8 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial müavinətlər təyin edilir. Belə ki, 2024-cü il aprelin 1-i vəziyyətinə yaşa görə aylıq müavinət alanların sayı 148,8 min nəfər, əlilliyə görə - 218,2 min nəfər (onlardan 46,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), ailə başçısını itirməyə görə - 58,3 min nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min nəfər olub. Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 4,8 min ailəsinə 7,3 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 180 nəfər qəyyumuna aylıq müavinət verilib. Bundan əlavə, 3217 nəfər bir yaşınadək uşağı olan 3113 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 11,7 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 297 şəxsə isə kompensasiya verilib.

2024-cü ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 10,2 min ailəyə 10,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,6 min nəfərə birdəfəlik müavinətlər verilmib. 2024-cü il aprelin 1-i vəziyyətinə 64,4 min aztəminatlı ailənin 276,7 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 113,09 manat təşkil edib.

Eyni zamanda, müxtəlif kateqoriyadan olan 395,7 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

2024-cü il aprelin 1-i vəziyyətinə əhaliyə təyin olunmuş sosial müavinətlər və kompensasiyalar

(Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən)

 

 

Sosial müavinət təyin olunmuş şəxslərin sayı,

nəfər

Bir nəfərə düşən orta aylıq məbləğ, manat

Aylıq sosial müavinətlər - cəmi 1)

448654

189,85

yaşa görə

148793

220,00

əlilliyə görə

218190

199,52

o cümlədən:

 

 

18 yaşından yuxarı əlilliyi olan şəxslərə

172154

198,88

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə

 

46036

 

201,90

ailə başçısını itirməyə görə

58272

120,00

dövlət qulluqçularına

29

58,56

özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində

sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan

digər şəxslərə

 

 

 

 

 

635

 

 

 

 

 

214,21

əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiya

 

297

 

189,77

bəzi kateqoriya şəxslərin uşaqlarına

7086

16,26

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına

 

172

 

120,00

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə (uşaqların sayı)

 

3217

 

100,00

beşdən çox uşağa görə (uşaqların sayı)

11749

105,00

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)

 

 

180

 

 

120,00

övladlığa götürülən uşağa görə müavinət

 

24

 

216,67

himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə

edilməsinə görə müavinət

 

 

 

10

 

 

 

367,00

121

 

 

Sosial müavinət təyin olunmuş şəxslərin sayı,

nəfər

Bir nəfərə düşən orta aylıq məbləğ, manat

Birdəfəlik sosial müavinətlər - cəmi 2)

(2024-cü ilin 3 ayı ərzində)

 

17714

 

x

uşağın anadan olmasına görə:

ailələrə

 

10208

 

x

uşaqlara

10620

470,37

radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün

 

3676

 

299,91

dəfn üçün

1680

498,95

penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə

 

1610

 

1380,00

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət

 

 

 

61

 

 

 

4120,81

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman paltar, ayaqqabı, yumşaq inventar və avadanlıq əvəzinə pul

kompensasiyası

 

 

 

 

60

 

 

 

 

265,00

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi- məişət şəraitinin dəstəklənməsi üçün müavinət

 

 

 

7

 

 

 

600,00

 

1) Eyni zamanda bir neçə növ sosial müavinət alan şəxslər üzrə aldıqları sosial müavinətlərin sayı nəzərə alınmaqla.

2) Məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

122

 

 

 

 

2024-cü il aprelin 1-i vəziyyətinə

Cədvəl 71

 

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri

(Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən)

 

 

Təqaüd təyin olunmuş şəxslərin sayı, nəfər

Bir nəfərə düşən orta aylıq məbləğ, manat

Təqaüdlər - cəmi

395661

142,07

o cümlədən:

 

 

Fəxri adlara görə - cəmi

4832

152,63

o cümlədən:

 

 

"Xalq" Fəxri adına görə

254

200,00

"Əməkdar" Fəxri adına görə

4578

150,00

Fərdi təqaüdlər

334

1500,00

Şəhid ailəsi üçün

18641

385,25

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18

yaşına çatmamış uşaqlarına

 

 

182

 

 

 

956,04

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş

şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına

 

 

177

 

 

1552,54

20 Yanvar şəhidinin ailəsi üçün

89

542,70

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına

 

21

 

330,00

1990-cı ilin 20 Yanvar hadisələri ilə

əlaqədar əlilliyi olan şəxslərə

 

230

 

380,83

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların

ailələrinə

 

 

 

31

 

 

 

 

600,00

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə - cəmi

 

19914

 

385,60

o cümlədən:

 

 

Azərbaycan Respublikasının ərazi bütövlü- yünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi

olan şəxslərə

 

 

14550

 

 

 

382,80

123

 

 

Təqaüd təyin olunmuş şəxslərin sayı,

nəfər

Bir nəfərə düşən orta aylıq məbləğ, manat

Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan

şəxslərə

 

 

2836

 

 

386,73

Çernobıl AES-də hərbi xidmət vəzifələrini

(xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə

 

 

2528

 

 

400,40

Müharibə veteranlarına – cəmi

184212

80,00

o cümlədən:

 

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər

 

 

180476

 

 

80,00

Başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər

Nazirliyinin mütəxəssisləri və müşavirləri

 

 

 

 

3736

 

 

 

 

 

80,00

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)

 

 

 

50863

 

 

 

200,00

Ümumi səbəblərdən orqanizmin

funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə

 

 

12911

 

 

300,00

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə qulluq edən şəxslərə

 

 

57079

 

 

100,00

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə

 

44389

 

100,00

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı

25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə - cəmi

 

 

 

1756

 

 

 

 

326,08

o cümlədən:

 

 

elmlər doktoru elmi dərəcəsi olan şəxslərə

229

500,00

fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə

1527

300,00

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
6
hafta.az

10Mənbələr