AZ

Qarabağda döyüşmüş terrorçu Vaaqn Çaxalyan yenə həbs edildi

Erməni separatçı hərəkatının rəhbərlərindən olan, 2020-ci ildə Qarabağda döyüşmüş Vaaqn Çaxalyan hökumət binasının qarşısında saxlanılıb.

Çaxalyanın polis tərəfindən saxlanmasına səbəb aksiyanın əleyhinə olan gəncin hərəkəti olub. Erməni gənc hökumət binası qarşısında etiraz aksiyası keçirmək əvəzinə sərhədyanı kəndlərdə yaşayan sakinlərin problemləri ilə tanış olmağa çağırıb və bu da "anti-nikolçu"olan Çaxalyanın xoşuna gəlməyib. Odur ki, erməni gənci təhqir edib və sürüyüb aparmağa cəhd edib. Polislər hadisəyə müdaxilə edib.


Oxucularımız üçün bildirək ki, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam verib.

 Xatırladaq ki, Çaxalyan ötən ay da həbs edilmişdi. Hansısa tədbirdə “Stop Nikol” divara yazdığına görə tutularaq polisə aparılmışdı. “Razminfo” saytının koordinatoru Karen Vrtanesyan məlumat yaymışdı:"Bir neçə polis maşını gəldi. Vaaqn canlı yayım açmışdı və mən polisdən qəribə suallar eşitdim. O, "Bu, siyasi bir şeydir, elə deyilmi?" dedi”. Bundan sonra onu saxladılar. Çaxalyan Cavaxetiyadan olan erməni siyasətçidir və "Kamk" ictimai təşəbbüsünün yaradıcısıdır". 

Əntiqə Rəşid
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
adalet.az

1Mənbələr