AZ

Azərbaycanın ixracı və xarici ticarətin saldosu kəskin azalıb

2024-cü ilin yanvar-aprel dövründə  (ilk 4 ayda) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 13 milyard 633 milyon 365 min ABŞ dolları təşkil edib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, o cümlәdәn idxal әmәliyyatları üzrә 5 milyard 464 milyon 773 min ABŞ dollar, ixrac әmәliyyatları üzrә 8 milyard 168 milyon 592 min ABŞ dolları ticarət qeydə alınıb. Nəticədə xarici ticarətin müsbət saldosu 2 milyard 703 milyon 818 min manat olub. 

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 4 ayı ərzində xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları, o cümlədən idxal 5 milyard 297 milyon 861 min ABŞ dolları, ixrac 12 milyard 584 milyon 813 min ABŞ dolları, saldo 7 milyard 286 milyon 951 min ABŞ dolları təşkil etmişdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
marja.az

3Mənbələr