AZ

"Bu sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər”- Amin Məmmədov

"Ermənistan iqtisadi maraqlarına görə hər yola ata bilər". 

Herbiand.az xəbər verir ki, bu sözləri Environmental Protection First (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəsxəsislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov “Environmental Protection First” Koalisiyası bu gün Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdimat konfransında bildirib.
 
“Ermənistan dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan ekoloji fəlakətə təcili diqqət yetirilməlidir. Biz bununla bağlı ötən il beynəlxalq ictimaiyyətə müraciət etmişdik”.

 Amin Məmmədov qeyd etdi ki, bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır:
“İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər”.

Emin ŞİRVANZADƏ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
herbiand.az

1Mənbələr