AZ

Azərbaycan əhalisinin sayı artıb

Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan əahlisinin sayı 10 milyon 189 min 786 nəfərə çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 0,1% və ya 9016 nəfər çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Bildirilib ki, əhalinin 49,8%-i kişilər, 50,2%-i qadınlardır. Onların 54,5%-i şəhər, 45,5%-i kənd sakinləridir. 
 
Hesabat zamanı əhalinin 4,6 %-i Naxçıvanda, 23,0 %-i Bakıda, 9,2 %-iLənkəran-Astara, 8,6%-i Abşeron-Xızı, 7,3%-iQarabağ, 7,1%-i Mərkəzi Aran, 6,7 %-i Qazax-Tovuz, 6,2 %-i Şəki Zaqatala, 5,9 %-i Gəncə-Daşkəsən, 5,4 %-i Quba-Xaçmaz, 5,1%-i Mil-Muğan, 4,9 %-i Şirvan-Salyan, 3,1 %-i Dağlıq Şirvan, 2,9 %-i Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
anews.az

1Mənbələr