AZ

Srebrenitsa soyqırımı ilə bağlı layihə BMT Baş Assambleyasında müzakirə olunacaq

Srebrenitsa

Sarayevo, 16 may, AZƏRTAC

Bosniya və Herseqovinada müharibə zamanı 1995-ci ildə boşnak əhaliyə qarşı törədilmiş Srebrenitsa soyqırımı ilə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, qətnamə layihəsi mayın 23-də Baş Assambleyada səsə qoyulacaq. Layihədə iyulun 11-nin Beynəlxalq Srebrenitsa Soyqırımını Anım Günü kimi qeyd olunması nəzərdə tutulur.

Qətnamə layihəsi daha əvvəl Almaniya və Ruanda tərəfindən BMT-nin gündəminə gətirilib və Srebrenitsa qətliamının qurbanlarının anım gününün qeyd edilməsi istənib.

Bosniya və Herseqovinada bütün diqqətlər BMT Baş Assambleyasında müzakirəyə çıxarılacaq qətnamə layihəsinə yönəlib və bosniyalıların yeganə istəyi soyqırımında qətlə yetirilən yaxınları üçün apardıqları hüquqi mübarizədə qalib gəlməkdir.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
3
azertag.az

4Mənbələr