AZ

Hizbullah yenidən mülkiləri hədəf aldı

İsrail və Livan terror qruplaşması arasında qarşıdurmaların davam etməsi nəticəsində çərşənbə axşamı günü Adamit bölgəsi yaxınlığındakı hərbi mövqeyə Hizbullahın tank əleyhinə raket hücumu nəticəsində mülki şəxslər həyatını itirdi, beş əsgər isə yaralandı.

İsrail Müdafiə Qüvvələri Adamit bölgəsinə edilən hücumda bir əsgərin orta, dördünün isə yüngül yaralandığını bildirib.

Hizbullah məsuliyyəti öz üzərinə götürərək, İsrail Müdafiə Qüvvələrinin hərbi mövqeyini hədəf aldığını iddia etdi. Hücum zamanı ən azı üç raket atılıb.

Əsgərləri yaralayan ilk raket zərbəsindən sonra hərbi mövqeyə gələn İsrail vətəndaşları ikinci raketlə vurulub. Mülki vətəndaşlar bir müddət sonra aldıqları yaralardan həyatlarını itiriblər. Ölən mülki vətəndaşların adları açıqlanmayıb.

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilmişdir ki, raketlər Livandan Hermon dağı bölgəsinə atılıb. İsrail Müdafiə Qüvvələri bu raketlərin açıq ərazilərə düşdüyünü amma heç bir dağıntıya səbəb olmadığını bildirmişdir.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
visiontv.az

1Mənbələr