AZ

“Etiraz dalğası əvvəlki aksiyaların aqibətini yaşayır”

“Etiraz

“Ermənistanda Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə qarşı başlanan və hökumətin etimadsızlığına nail olmaq tələbi ilə keşiş Baqrat Srabazanın rəhbərliyi altında başlanan etiraz dalğası əvvəlki aksiyaların aqibətini yaşamaqdadır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Ekspert əlavə edib ki, Ermənistandakı mövcud hakimiyyətə müxalif olan daxili və xarici güclərin son ümid yeri erməni kilsəsi olduğundan etiraz dalğasının kütləviliyini təmin etmək üçün insanları küçələrə çıxarmaq üçün kilsəni irəli verdi: “Lakin bir həftədir ki, erməni kilsəsi də narazı elektoratı bir araya gətirərək hökumətə dinc siyasi təzyiq edə bilmir. Beləliklə, bu metodla mövcud rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq üçün lazımi səviyyədə qüvvəni küçəyə çıxarmaqda çətinlik çəkir və buna nail ola bilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
xalqcebhesi.az

1Mənbələr