AZ

Tuxel ''Bavariya''da qalası oldu?

''Bavariya'' rəhbərliyi mövsümün sonunda vidalaşmağa hazırlaşdıqları Tomas Tuxel ilə bağlı yeni sürpriz qərar qəbul edib.

Uzunmüddətli məşqçi axtarışları bir bəhrə vermədiyindən Münhen nəhəngi bu məşqçi ilə yola davam etmək qərarına gəlib. Məlum olub ki, Tuxel özü də ''rekordmayster''lə işbirliyini davam etdirməyin əleyhinə deyil. Amma yeni müqavilənin müddəti məsələsində tərəflər hələ ki, razılığa gələ bilmirlər. Rəhbərlik yalnız birillik müqavilə imzalamaq istədiyi halda Tuxel ən azı ikiillik müqavilə tələb edir. Amma bu məsələnin yaxın günlərdə yoluna qoyulacağı gözlənilir.

Almaniya mətbuatının yazdığına inansaq, Manuel Noyer başda olmaqla bir qrup futbolçu rəhbərlikdən Tuxelin qalmasını tələb edib. Xatırladaq ki, ''Bavariya'' bu mövsüm Tuxelin başçılığı altında heç bir titul qazana bilmədi və 2012-dən bu yana ilk dəfə bu cür uğursuzluğa düçar oldu. Komandanın bundesliqada 11 illik hegemonluğuna ''Bayer-04'' son qoydu. Ümumilikdə ''Bavariya'' indiyə qədər bu məşqçi ilə keçirdiyi 60 rəsmi oyundan 37 qələbə, 8 heç-heçə, 15 məğlubiyyətlə ayrılıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
football-plus.az

1Mənbələr