AZ

“Turan Tovuz” hər mövqeyə futbolçu axtarır

“Turan Tovuz” heyətlə bağlı dəyişikliklər planlaşdırır. Amma konkret futbolçularla bağlı seçim edilməyib.

Bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov futbolinfo.az-a danışıb: “Seleksiya işi hər il getməlidir. Keçən il heyətdə daha çox dəyişiklik etdik. Bu dəfə isə çox dəyişikik etmək istəmirik. Amma hər mövqeyə yeni futbolçular cəlb etməyə çalışacağıq. Yerli oyunçular da götürmək istəyirik. Nə dərəcədə alınacaq, alınmayacaq, bu, bizi düşündürür”.

Abbasov hələ futbolçuların komandaya hansı faydanı verdiyini təhlil etməlidir: “Son oyunu keçirəndən sonra komandanı təhlil edəcəyik. Hansı futbolçu tələblərimizə nə qədər uyğundur, hansı futbolçu nə qədər istəkli çıxış etdi, hansılar gələcəkdə istədiyimizi daha yaxşı edə biləcəklər – bunları analiz edəcəyik. Gördük ki, bəzi oyunçularımız bu il performansını tam göstərə bilmədi, halbuki daha yaxşı oynaya bilərlər. Bu yöndə aramızda fikir mübadiləsi aparacağıq. Zatən, çempionat gedə-gedə seleksiya işimiz davam edirdi, bəzi futbolçuları izləyirdik. Keçən sezon gətirə bilmədiyimiz oyunçularla yenə danışıq aparırıq. Məsələn, Aleks Souzanı ötən yay transfer edə bilmədik, amma qışda gətirdik. Belə futbolçular yenə var, seleksiya işinə davam edəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
futbolinfo.az

1Mənbələr