AZ

Dünya Bankının Azərbaycan üzrə "Business Ready" hesabatı növbəti il açıqlanacaq

Bakı. Trend:

Azərbaycan Dünya Bankının "Business Ready" hesabatına növbətiildən daxil ediləcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininsektor müdiri Vüsal Şıxəliyev bu gün keçirilən Biznes mühiti vəbeynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında deyib.

O qeyd edib ki, bu hesabatla bağlı ilkin qiymətləndirməyə buildən başlanıb.

"Biznes mühitinin yaxşılaşdırılmasının Dünya Bankının "BusinessReady" hesabatının suallarına uyğun olaraq ilkin qiymətləndirməhəyata keçirilib. Bununla bağlı Yol Xəritələri hazırlanıb", - deyəo qeyd edib.

Qeyd edək ki, bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın fəaliyyəti və azranking.az internet portalınıntəqdimatı keçirilib. Tədbirdə Komissiyanın fəaliyyəti, Komissiyaçərçivəsində biznes mühitinin əlverişliliyinin artırılmasıistiqamətində hazırlanan islahat təşəbbüsləri barədə genişməlumatlar verilib. Komissiyanın işçi qruplarının fəaliyyətinintəşkili, o cümlədən, 2024-cü il üzrə təsdiq olunan yol xəritələrivə fəaliyyət planları barədə məlumat təqdim edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
az.trend.az

1Mənbələr