AZ

Həbsdə olan Türkiyə vətəndaşı ölkəsinə göndərilməsini istəyir

Türkiyə vətəndaşı olan Əmrah Avcı 10 oktyabr 2020-ci ildə istintaq orqanı tərəfindən saxlanılıb. Onun  barəsində Cinayət Məcəlləsinin 177.4-cü maddəsi (xüsusilə külli miqdarda oğurluq) ilə Abşeron rayon müstəntiqi tərəfindən cinayət işi açılıb. 

Ailə vəziyyəti ilə əlaqədar Əmrah Avcının Türkiyəyə təhvil verilməsi ilə bağlı ailə üzvlərinin müraciəti olub. 

Əmrah Avcının vəkili Adilə Məmmədova Yenisabah.az-a bildirib ki, o Əmrah Avcının ölkəsinə verilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə yoxdur:

“Əmrah Avcının vəkili olaraq, öz ölkəsinə verilməsi üçün Ədliyyə Nazirliyi Beynəlxalq İdarəsinə, Baş Prokurorluğa dəfələrlə müraciət etmişəm. Ədliyyə Naziriliyindən mənə şifahi şəkildə bildirdilər ki, Baş Prokurorluq icazə vermir. Baş Prokurorluğa müraciətimdə isə mənə deyildi ki, material Ədliyyə Nazirliyi Beynəlxalq İdarəsinə göndərilib. Hər dəfə təxminən eyni cavablar verilir. Bununla bağlı eyni istiqamətdə mənə təxminən 10-15 cavab məktubu gəlib”. 

Vəkil Əmrah Avcının ailəsinin vəziyyətinin olduqca çətin olduğunu qeyd edib:

“23.08.2022-cil il tarixindən Əmrah Avcının işi mənim icraatımdadır. O vaxtdan bəri çalışıram, lakin bir nəticə əldə etməmişik. Müraciətlərimizə hələ də davam edirik. Ailə vəziyyəti isə kifayət qədər ağırdır. Onun ailəsi Türkiyədə hədsiz çətinliklərlə yaşayır. Əmrah Avcının həyat yoldaşı tez-tez mənimlə əlaqə saxlayır. 5 azyaşlı uşağı var və hamısı xanımının himayəsindədir. Onların evləri yoxdur və kirayədə yaşayırlar”.

Nazim Hacıyev


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
yenisabah.az

1Mənbələr