AZ

Azərbaycanın bu ərazilərində nikahların sayı daha yüksək olub

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindəncari ilin birinci rübündə 10081 nikah qeydə alınıb.

Bu barədə Trend-əDövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 5124 boşanma halları qeydə alınıb. Ötən ilinmüvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahlarınsayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isədəyişməyərək eyni səviyyədə (2,0) qalıb.

Nikah səviyyəsi Qarabağ (5), Şərqi Zəngəzur (4,9), MilMuğan(4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4),Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindənyüksək olub.

Qeyd edək ki, bundan əvvəlki rəqəmlərdə boşanmaların sayındaartım müşahidə olunurdu. Belə ki, 2024-cü ilin yanvar-fevralaylarında əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,8-dən2,1-ə qədər artmışdı.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
5
az.trend.az

10Mənbələr