AZ

Slovakiya DİN: "Öılkə demək olar ki, vətəndaş müharibəsi astanasındadır"

Ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutai-Eştok Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsdin siyasi motivli olduğunu, ölkənin demək olar ki, vətəndaş müharibəsi astanasına gəlib çıxdığını bildirib.

HİT.az bu barədə Novinky.cz saytına istinadən xəbər verir.

"Hücum edən şəxs prezident seçkilərindən sonra baş nazir Robert Fikoya hücum etmək qərarına gəlib", deyə DİN rəhbəri bildirib.

Şutai-Eştokun sözlərinə görə, hücum edən şəxs hüquq-mühafizə orqanlarına müvafiq etiraf edib. Nəşr yazır ki, hadisə ilə bağlı nazir ictimaiyyəti mənfi şərhlərdən çəkinməyə çağırıb.

“Çoxlarının səpdiyi nifrətdən bu gün fırtına çıxdı və indi biz praktiki olaraq vətəndaş müharibəsi astanasındayıq, bu gün sosial şəbəkələrdə belə nifrət dolu şərhlər var, ona görə də sizdən xahiş edirəm: dayanın dərhal", deyə nazir əlavə edib.

Qeyd edək ki, mayın 15-i axşam saatlarında Slovakiyanın baş naziri Robert Fiko Gandlova şəhərində Nazirlər Kabinetinin iclasından sonra baş verən atışmada yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbirin sonunda siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdihamdan bir neçə atəş səsi eşidilib və Fiko yerə yıxılıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, Fikonu 71 yaşlı yazıçı Juraj Cintula vurub.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
hit.az

1Mənbələr