AZ

Dövlət büdcəsinin profisiti 22%-dən çox azalıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 13 milyard 259,4 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin birinci rübündə büdcənin xərcləri isə 20.4% artaraq 10 milyard 749,5 milyon manata yüksəlib.

Bu ilin ilk rübündə dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrünə nisbətən 52.3% azalaraq 2 milyard 509,9 milyon manata enib. 2023-cü ilin eyni dövründə bu rəqəm 3 milyard 235,2 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
apa.az

2Mənbələr