AZ

Millət vəkili  Lökbatanda bir qrup vətəndaşı qəbul edib – FOTOLAR

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birlikdə mayın 16-da YAP Qaradağ rayon təşkilatının qərargahında seçicilər ilə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib. Seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində  təşkil edilən peşə kursuna cəlb edilmələrinə, qanunlara cidd əməl edilməsinə nəzarətin gücləndirilməsinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsinə şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım göstərilməsinə və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
4
moderator.az

6Mənbələr