AZ

Şarl Mişel gürcülərə kompromis təklif etdi

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Gürcüstan prezidenti və baş naziri ilə telefonla danışıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Şarl Mişelin sözlərinə görə, Salome Zurabişvili və İrakli Kobaxidze ilə söhbətində o, problemlərin həlli üçün optimal yolların tapılmasına bir daha dəstəyini ifadə edib:

"Mən prezident Salome Zurabişvili ilə Gürcüstandakı mövcud vəziyyəti müzakirə etdim, ardınca baş nazir İrakli Kobaxidze ilə danışdım.

Gürcülərə bir daha ölkənin Avropa gələcəyi üçün səy göstərməyə davam etməkdə, o cümlədən bütün tərəflərin qanuni narahatlıqlarının həlli üçün ən yaxşı yolu tapmaqda kömək etməyə tam dəstəyimi bəyan etdim".

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
bakupost.az

2Mənbələr