AZ

25 min məcburi köçkünün “çörəkpulu” kəsilib? - AÇIQLAMA

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinət dayandırılıb.

Bu barədə Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, el arasında “çörəkpulu” deyilən sosial müavinətin verilməsi may ayından etibarən dayandırılıb.

Bununla bağlı sakinlərə rəsmi qaydada xəbərdarlıq edilib.

Müvafiq dövlət qurumundan bildirilib ki, bu qərar Füzuli rayonunun işğal altında olmayan ərazilərinin sakinlərinə şamil edilib.

Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər olduğu bildirilib.

Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar.

Bu qərarın şəhid ailələri və müharibə əlillərinə şamil edilib-edilməyəcəyi ilə bağlı hər hansı məlumat verilməyib.//yenisabah.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
15
arazmedia.az

10Mənbələr