AZ

“Qadınlar kişilərdən daha ağıllı pul xərcləyirlər” – DEPUTAT

Ailə qurmaq asan proses olsa da, yükünü və zəhmətini çəkmək məsuliyyətli işdir. Xüsusilə, maliyyə məsələlərində tərəflərdən birinin bədxərcliyi ailədaxili problemlərə, davalara, bir sözlə narazılığa səbəb olur.

Bəs maraqlıdır, pulu daha yaxşı xanımlar, yoxsa kişilər idarə edə bilir?

Millət vəkili Razi Nurullayev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, pulun idarə olunması insanın maliyyə bacarığına, uzaqgörənliyinə, səbrinə bağlı məsələdir:

“Kişilərin başı daha çox işlərinə qarışdığına görə pullarını qadınlarına etibar edirlər. Qadınlar nəsə alsalar da, xərcləsələr də onu ev üçün edirlər. Kişilərin cibində pul olanda məsuliyyətsiz və səbrsiz xərcləyə bilirlər. Qadınlar maliyyə ilə daha məsuliyyətli davranırlar, daha ağıllı xərcləyirlər, bunu bazarlıq edəndə müşahidə etmək mümkündür, çünki daha ekonom olurlar.

Kişilərin isə aldıqları ilə müqayisədə xərclədikləri pulun dəyəri daha aşağı düşür. Bu baxımdan üstünlük əks cinsdədir, fikrimcə... Elə mən özüm də pulumu xanımıma etibar edirəm”, - deyə deputat fikirlərini belə sonlandırıb.

Məhərrəm Əliyev, Bizim.Media

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
bizim.media

2Mənbələr