AZ

Boşanma və nikahların sayı artıb

2024-cü ilin yanvar-martında 5124 boşanma halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% və ya 6 boşanma çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
1 ayda 1668 boşanma halı baş verib.
 
Hesabat dövründdə 10081 nikah halı qeydə alınıb ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 14,9% azdır.
 
1 ayda 3 342 nikah bağlanıb.
 
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.
 
Aygün


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
anews.az

1Mənbələr